2018-ci ildə neftin qiyməti bir barelə görə 56 dollara qədər artacaq.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatında deyilir."Proqnoza əsasən, 2018-ci ildə neftin qiyməti cari ilin bir barel üçün 53 dollarına nisbətdə 56 dollara qədər artacaq. Bu, tələbatın artması, neft ixracatçıları arasında hasilat həcminin azaldılmasına dair sazişin fəaliyyəti və ABŞ-da şist nefti hasilatının stabilləşməsi ilə əsaslandırılır", — deyə məlumatda bildirilir.