İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın Azərbaycana səfərinin tarixi dəyişib.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya bildirib ki, səfər oktyabrın 26-27-da baş tutacaq.Qeyd edək ki, M. Kərbasianın 23-24 oktyabr tarixlərində Azərbaycana gələcəyi gözlənilirdi.
Səfər çərçivəsində M. Kərbasian Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına dair məsələlər müzakirə ediləcək. M. Kərbasianın dövlət başçısı İlham Əliyevlə görüşü də nəzərdə tutulub.
Bu, M. Kərbasianın iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının yeni həmsədri qismində Azərbaycana ilk səfəridir.