Ukrayna Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlini 18 sutka həbs edib. Bu barədə “Turan”a onun vəkili Dmitri Mazurok bildirib.
F.Hüseynli oktyabrın 14-də səhər Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.Jurnalistin müdafiəsini Ukrayna Helsinki İnsan Hüquqları Birliyi təmin edir.
Vəkilin sözlərinə görə, F.Hüseynli müvəqqəti saxlama təcridxanasında saxlanılır.