Bakı Biznes Mərkəzində oktyabrın 27-28-də yapon məhsullarının sərgisi keçiriləcək.
"Report" Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə ziyarətçilər yapon mədəniyyəti ilə tanış olmaqla yanaşı, Yaponiyadan qida, kosmetika, sağlamlıq və bir çox digər məhsullarının təqdimatında iştirak edəcəklər.
Sərgidə yapon animesinə həsr olunmuş xüsusi stend olacaq.