Dünya bazarında neftin qiyməti tədricən düşməyə davam edir.
Ötən gün olduğu kimi bu gün də neftin dünya bazarlarında qiyməti qismən düşüb.ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində qismən ucuzlaşma qeydə alınıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.10 dollar (0.17%) azalaraq 58.83 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.15 dollar (0.23%) ucuzlaşaraq 66.30 dollar olub.
Qeyd edək ki, Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxış edən iqtisadçıların və ekspertlərin fikrincə, ilin ikinci yarısında neftin qiyməti yüksələcək və bu, bəzi ölkələr üçün sevindirici olacaq.