SOCAR tabeliyində fəaliyyət göstərən iki müəssisə birləşib.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyi “SOCAR-Ümid” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edib.Qeyd edək ki, “Azneft” İB Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi üzrə 16 iyun 2003-cü il tarixdə dövlət qeydiyyatına alınıb.