Türkiyə TANAP-dan pay almaq istəyən şirkətlərlə danışacaq

Türkiyə TANAP-dan pay almaq istəyən şirkətlərlə danışacaq backend

Türkiyə hökuməti Trans-Anadolu Təbii Qaz Boru Xəttində (TANAP) səhm almaq istəyən 1-2 şirkət ilə danışıqlar aparacaq. “APA-Economics” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu bu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

“TANAP böyük bir layihədir. Bu kimi layihələrin reallaşacağına inam artdıqca tələblər də artır. Konkret məqsədləri müzakirə edəcəyimiz 1-2 şirkətlə görüşəcəyik”, - deyə T. Yıldız əlavə edib.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
Diaspora