Bakının Sabunçu rayonunda qadını maşın vurub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə 1983-cü il təvəllüdlü Əliyeva Aynurə Mədafil qızı Balaxanı qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.Sürücü yaralının yıxılaraq yerdə qaldığını görsə də, buna məhəl qoymayıb və hadisə yerindən uzaqlaşıb.
Təcili tibbi yardım xidmətinin əməkdaşları yaralını xəstəxanaya aparıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.