Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2015-ci ilin aprel ayında 102 531 ton (mart ayında 119 382 ton) dizel yanacağı və 23 834 ton (31 341 ton) təyyarə yanacağı ixrac edib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, ümumilikdə, 2015-ci ilin yanvar-aprel ayları ərzində 387 141 ton dizel yanacağı, 87 646 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib.2015-ci ilin aprel ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 622,30 dollar, təyyarə yanacağının - 553,10 dollar, dizel yanacağının - 528,91 dollar, 1% kükürdlü mazutun qiyməti isə 326,50 dollar təşkil edib.
Aprel ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 59,76 dollara (mart ayında 55,93 dollar), Urals nefti - 60 dollara (55,07 dollar), BTC FOB Ceyhan tipli xam neft isə 61,42 dollara (57,33 dollar) satılıb.
Dövlət Neft Şirkəti 2015-ci ilin aprel ayında Novorossiysk limanından 84 701 ton (mart ayında 169 470 ton), Supsa limanından 254 164 ton (254 003 ton), Ceyhan limanından isə 1 370 882 ton (1 226 280 ton) xam neft ixrac edib.
Ümümilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 508 486 ton, Supsa limanından 1 016 454 ton, Ceyhan limanından isə 5 925 281 ton xam neft ixrac edilib.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də Şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.