Hazırda qondarma qurumun “qəhramanı” hesab edilən, Qarabağ müharibəsində Əsgəran bölgəsinə komandanlıq edərək, Xocalı sakinlərini qətlə yetirən cinayətkar Vitali Balasanyan artıq Qarabağda ermənilər arasında arzuolunmaz şəxsə çevrilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Balasanyana Ermənistanda həbsdə olan “Sasna Trer” siyasi məhbuslarını aldatdığına görə nifrətlə yanaşırlar.Təsadüfi deyil ki, Balasanyan Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən, məhz siyasi məhbusları ustalıqla aldatdığına görə, qondarma qurumun “Təhlükəsizlik şurasının katibi” vəzifəsi ilə mükafatlandırılıb.
Qeyd edək ki, 7 iyul 2016-cı il tarixində “Sasna Tsrer” siyasi qruplaşmasının üzvləri Ermənistanda prezident Serj Sarkisyanın hərbi-kriminal rejiminə qarşı ertiraz edərək, polis alayı binasını ələ keçirib. Vəziyyətin kəskinləşməsi, Sarkisyanı Qarabağdan Vitali Balasanyanı “desant endirməyə” məcbur edib.
Nəticədə, Balasanyan etirazçılara söz verərək, onların təslim olacaqları halda cəzalarının yüngülləşdirilməsinə kömək edəcəyinə dair söz verib. Məlum olduğu kimi, hazırda siyasi məhbuslar ən ciddi vasitələrlə cəzalandırılır və zorakılığa məruz qalırlar.