Azərbaycan 200 manatlıq əsginas buraxa bilər

Azərbaycan 200 manatlıq əsginas buraxa bilər backend

"Ola bilsin yüksək nominallı əsginasın buraxılmasına ehtiyac olsun. Amma bu, gələcəyin işidir".

Bunu "Report"a Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, 500 manatlıq əsginasın buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır: "Bu, 200 manatlıq əsginas ola bilər. Amma bu barədə danışıqlar getmir".

AMB rəsmisi Azərbaycanda manat qıtlığının olması ilə bağlı məlumatlara da aydınlıq gətirib: "Tədavüldə olan pul kütləsinin 50%-i qədər həmişə Mərkəzi Bankın strateji ehtiyatı var. Tədavüldəki nağd vəsait nə qədər qurtarsa da, ehtiyatlar növbəti sifarişə qədər kifayət edir".
Diaspora