Manat möhkəmlənə bilər – Baş bankir

Manat möhkəmlənə bilər – Baş bankir backend

Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər.


Qaziler.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov manatın möhkəmlənməsinin mümkün perspektivləri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Manat üzən məzənnə rejimindədir. Tədiyyə balansı müsbət olarsa, manatın möhkəmlənməsi trendi formalaşa bilər. Lakin bunu bazar həll edir. Sadəcə olaraq, hökumət və AMB düşünməlidir ki, bütünlükdə manatın möhkəmlənməsi ölkədə həyata keçirilən iqtisadi strategiyaya nə dərəcədə uyğundur. Burada ixracın dəstəklənməsi və şaxələndirilməsi diqqət mərkəzində olmalıdır", - AMB sədri əlavə edib.
Diaspora