“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması tarixi hadisədir.
Qaziler.az Trend-ə istinadən bildirir ki, bu, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin ölkənin energetika naziri İlya Eloşvili tərəfindən oxunan məktubunda bildirilib.
Baş nazir bu sazişin əhəmiyyətini qeyd edib və əlavə edib ki, bu cür enerji layihələri yoxsulluğu azaltmaq və vətəndaşların rifah səviyyəsini artırmağa imkan verir.
O bildirib ki, yeni saziş Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafına xidmət edəcək.