Cənubi Koreya ordusu Şimali Koreyanın nüvə sınaqlarına cavab olaraq hərbi təlim keçirib.
Axar.az xəbər verir ki, təlim zamanı ballistik raketlərdən istifadə olunub.Qeyd edək ki, Şimali Koreya dünən hidrogen bombasının uğurlu sınağını keçirib. Pxenyanın bu sınağı Qərbin kəskin tənqidinə səbəb olub. ABŞ Müdafiə naziri Ceyms Mettis isə lazım olacağı təqdirdə Şimali Koreyanın vurulacağını bildirib.