Azərbaycan nefti 2%-ə qədər bahalaşıb

Azərbaycan nefti 2%-ə qədər bahalaşıb backend

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,87 dollar və yaxud 1,63% artıb.


Qaziler.az "Report"-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 54,38 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Diaspora