Nərimanov rayon icra başçısı müavininin oğlu 10-AC-100 nömrəli Range Roverlə yaşlı qadını vurdu - Daha bir müəmmalı ölüm

Nərimanov rayon icra başçısı müavininin oğlu 10-AC-100 nömrəli Range Roverlə yaşlı qadını vurdu - Daha bir müəmmalı ölüm backend

Ötən gün sosial şəbəkələrdə müzakirə edilən əsas məsələlərdən biri yüksək vəzifəli məmur oğlunun 10-AC-100 nömrəli Range Roverlə yaşlı qadını vurması oldu.

Enter.News xəbər verir ki, bu haqda Facebook sosial şəbəkəsində müstəqil yazar və tanınmış bloger İlqar Atabəyli məlumat paylaşıb.

Yazılan statusdan aydın olur ki, qəzanı törədən şəxs Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğludur.

İnternetdə bu haqda əlavə məlumatlar əldə etməyə çalışdıq. Axtarış edərkən bəlli oldu ki, bir çox xəbər saytlarından bu yazı silinib. Amma digər saytlardan bəzi məlumatlar əldə etməyə nail olduq.



Əldə etdiyimiz məlumatlardan belə aydın oldu ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov avqustun 22-də Bakı şəhərində avtomobil qəzası törədib.



Bu məlumatı icra başçısının müavini özü də təsdiqləyib. Hətta yerli saytlardan birinə bununla bağlı açıqlama da verib.



O bildirib ki, yaşlı qadının ölümü oğlunun qəza törətməsi ilə bağlı deyil.

"Hadisə avqust ayında baş verib. Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa çəkəcək. Əks halda sərbəst buraxılacaq”, - Şahmar İbadov bildirib.

Bu məlumatdan sonra mediada və sosial şəbəkələrdə qəza törədən məmur oğlunun bahalı maşın kolleksiyası barədə məlumat yayılıb. Belə ki, Elmar İbadov qəzanı "Range Rover" markalı avtomobillə törətsə də, onun 10-AC-100 nömrəli daha bir neçə avtomobilinin olduğu deyilir.



Məmur oğlunun bu kolleksiyasında bahalı "Gelandewagen" markalı maşının da olduğu iddia edilir. 10-AC-100 dövlət nömrə nişanlı "Gelandewagen"in şəhərdə tez-tez göründüyü bildirilir.

Hadisədən sonra Elmarın "Instagram" hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.

Yayılan məlumatda göstərilir ki, icra başçısının müavini hadisənin şişirdilməməsi üçün mətbuatda əlindən gələni edir ki, hadisə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyin törətdiyi qəza kimi geniş kütləyə çatmasın.

Məlumata görə, Elmar İbadovun Bakı Dövlət Univerisitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində oxuyub. Bu il BDU-nu bitirsə də, hərbi xidmətə getməyib.

Hüquqşünas Mehman Muradlı isə məsələyə tamam başqa cür yanaşıb.

O, şəxsi facebook hesabında bu məsələni ört-basdır etməyə çalışan şəxləri ciddi şəkildə qınayıb.
Diaspora