Çayın bir çox faydalı xüsusiyyətləri var.
Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər:1. Təzyiqin enməsi zamanı kofeinlə zəngin olan çay çox yaxşı kömək edir, təzyiqi qaldırır.
2. Çay saçların tökülməsini azaldır. Bu məqsədlə saçları yuduqdan sonra təzə çay dəmi ilə yaxalayın.
3. Çay ayaqların həddindən artıq tərləməsi və ayaq qoxusu zamanı yaxşı kömək edir. Bu məqsədlə çay dəmi ilə ayaq vannaları etmək lazımdır.
4. Çay baş ağrısı və miqren zamanı ağrını azaldır, xəstənin vəziyyətini yaxşılaşdırır.
5. Damaqların qanaması zamanı çayla qarqaralar çox effektlidir.
6. Göz yorğunluğu zamanı çayla islatmalar yaxşı kömək edir.
7. Çayın xərçəngəleyhinə xüsusiyyətləri bir çox elmi araşdırmalar zamanı sübut olunub.
Saglamolun.Az