Ermənistanda Rusiya vətəndaşı qətlə yetirildi

Ermənistanda Rusiya vətəndaşı qətlə yetirildi backend

Avqustun 25-də Ermənistanın Nor Açen kəndində 31 yaşlı ölkə vətəndaşı Ovakim Qandilyan Rusiya vətəndaşı, 61 yaşlı Valeri Markaryanı qətlə yetirib.

Ermənistan KİV xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

O.Qandilyan bildirib ki, öz mənzilində əvvəlcə V.Markaryanı döyüb, sonra boğaraq öldürüb.

O.Qandilyana qarşı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, V.Markaryan O.Qandilyanın dayısıdır.
Diaspora