Rusiyanın Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində 14 nəfər ölüb.
Gazeta.ru xəbər verir ki, “Tamanınneftqaz” şirkətinə məxsus avtobusun salonunda 35 fəhlə olub. Avtobusun 4 metr yüksəklikdəki sahildən düşdüyü bildirilir. Xilasedicilər 20 sərnişini xilas edə biliblər. Daha 3 nəfərin taleyindən xəbər yoxdur.Hadisənin başvermə səbəbləri araşdırılır.