Dövlət İmtahan Mərkəzi (DİM) artıq neçə ildir ki, ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Belə ki, mərkəz informasiyanın ictimaiyyətə daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölməni 600 və daha yüksək bal toplayan gənclərə həsr edib.
DİM-dən virtualaz.org-a bildiriblər ki, saytda yalnız anket doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək. Altı yüz və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.