ABŞ Müdafiə Nazirliyi yeni nəsil nüvə başlıqlı raketlərin hazırlanmasına başlayıb. Axar.az xəbər verir ki, “Röyter” agentliyi yeni raketlərin hazırlanması üçün Pentaqonun “Lokhid Martin” və “Rayton” şirkətləri ilə müqavilə imzaladığını yazıb. Müqavilənin dəyərinin 1,8 milyard dollar olduğu vurğulanır.
Yeni raketlərin 4,5 ilə başa gələcəyi gözlənilir. ABŞ bu raketləri öz silahlanmasına 2030-cu ildə qəbul edəcək.Qeyd edək ki, ABŞ öz nüvə silahlarının modernləşdirilməsinə 350 milyard dollar xərcləyəcək.