Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bir sıra köhnə yataqları bərpa etmək niyyətindədir.
Qaziler.az-ın xəbərinə görə, bunu Trend-ə SOCAR-dakı mənbə bildirib.Qeyd olunur ki, hazırda iki milyard tondan çox neft, 170 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu 20 köhnə yataq mövcuddur.
Bundan başqa, SOCAR köhnəlmiş yataqlarda 900-ə yaxın neft və qaz quyusunu ləğv etməyi planlaşdırır.
Bu qərar quyuların fiziki və texniki cəhətdən sıradan çıxması ilə əlaqədardır.