SOCAR-ın ötən ilin sonuna Azərbaycandakı gəlirləri 5 milyard 171 milyon manat, İsveçrədə 40 milyard 438 milyon manat, Türkiyədə 3 milyard 479 milyon manat, Birləşmiş Ərəb Əmirliklərində 1 milyard 156 milyon manat, Gürcüstanda 1 milyard 46 milyon manat və sair ölkələrdə isə 615 milyon manat olub (ümumi gəlirlər – 51 milyard 905 milyon manat).
Bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilib. Qeyd edilib ki, 2016-cı il dekabrın 31-nə SOCAR-ın maliyyə alətləri, təxirə salınmış vergi aktivləri, əmək fəaliyyətinin başa çatmasından sonra ödəniş planları üzrə aktivlər və sığorta müqavilələri üzrə hüquqlar istisna olmaqla hər bir ölkə üzrə əhəmiyyətli olan uzunmüddətli aktivləri belədir: Azərbaycan – 20 milyard 632 milyon manat, Türkiyə – 6 milyard 949 milyon manat, Birləşmiş Ərəb Əmirlikləri – 1 milyard 803 milyon manat, İsveçrə – 856 milyon manat, Gürcüstan – 526 milyon manat və digər ölkələr isə 267 milyon manat (cəmi uzunmüddətli aktivlər – 31 milyard 33 milyon manat).