Türkiyənin Gümüşhanə vilayətinin Kelkit mahalında Rixter şkalası üzrə 4 bal gücündə zəlzələ baş verib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Komitəsi məlumat yayıb.Yeraltı təkanların yerli vaxtla 18:19-da qeydə alındığı bildirilib.
Zəlzələ ocağı isə 5.17 km dərinlikdə yerləşib.
Qeyd edək ki, son dövrlər qardaş ölkədə mütəmadi olaraq yeraltı təkanlar qeydə alınır.