Azərbaycan sahibkarları Astanada “Avrasiya həftəsi” beynəlxalq forumunda iştiraka dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, avqustun 24-26-da Qazaxıstanın paytaxtı Astana şəhərində EKSPO-2017 çərçivəsində "Avrasiya həftəsi" adlı beynəlxalq forum keçiriləcək.
Ölkəmizdə fəaliyyət göstərən iş adamları və sahibkarlar forumda iştiraka dəvət olunurlar. "Avrasiya həftəsi" forumunun məqsədi Avrasiya İqtisadi Birliyi ölkələrinin ixrac və investisiya potensialının inkişafı üçün imkanların yaradılmasıdır. Forumun əsas istiqamətləri - "Müasir iqtisadi şəraitdə rəqabətqabiliyyətlilik: artım baxımından", "Avrasiya İqtisadi Birliyinə
malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin azad hərəkəti: hazırkı və gələcək", "Gələcəyin iqtisadiyyatı: biznesin inkişafının strateji istiqamətləri".
"Avrasiya həftəsi" - Avrasiya İqtisadi Birliyi və Avrasiya İqtisadi Komissiyası ölkələri ilə keçirilən illik sərgi-forumdur.