Nazirlik treninq keçirib

Nazirlik treninq keçirib backend

İqtisadiyyat və Sənaye Nazirliyindən Qaziler.az-a verilən xəbərə görə, Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti treninq keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, aprelin 30-da İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Audit fəaliyyəti. Daxili audit” mövzusunda növbəti treninq keçirilib. Tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.

Treninqdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə audit fəaliyyətinin əhəmiyyəti, daxili nəzarət sistemində daxili audit xidmətinin rolu, daxili audit xidmətinin səlahiyyəti və strukturu, bu sahədə beynəlxalq təcrübə və s. barədə iştirakçılara məlumat verib.
Tədbir çərçivəsində iştirakçılarla mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
Diaspora