Bu ilin iyul ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında böyük artım müşahidə edilib.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, ötən ay Gürcüstana turist kimi getmiş Azərbaycan vətəndaşlarının sayı ötən ilin iyul ayı ilə müqayisədə 13,8% çox olub.
Gürcüstana Rusiyadan gələnlərin sayında artım 60,4%, Ermənistandan gələnlərin sayında 25,4%, Türkiyədən gələnlərin sayında 0,6%, İrandan gələnlərin sayında isə 85,8% təşkil edib.
Ümumilikdə, iyul ayında Gürcüstan 982 487 xarici turist qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur.
Ümumilikdə isə 7 ay ərzində Gürcüstan 1 il əvvələ nisbətən 16,8% çox - 3 978 657 xarici vətəndaş qəbul edib. Bunun isə 1 829 331-ni (illik müqayisədə 30,2% çox) turistlər təşkil edib.
Bu ilin ilk rübündə Gürcüstanın beynəlxalq turizmdən gəliri 434,6 mln. dollar təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 82 mln. dollar çoxdur.