“Azəriqaz” İstehsalat Birliyi tərəfindən yanvar-iyul ayları ərzində 240 çoxmərtəbəli binaya təbii qaz verilib.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, “Azəriqaz” çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu ilin yanvar-iyul ayları ərzində birliyin operativ fəaliyyətinin nəticəsi olaraq, hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 240 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 11 min 266 mənzili əhatə edir.
Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır.