Qazaxıstanın “Air Astana” şirkətinə məxsus Almatı-Aktau reysini həyata keçirən təyyarə quşla toqquşması səbəbi ilə Almatı hava limanına geri qayıdıb.
Qaziler.az Trend-ə istinadən bildirir ki, hadisə təyyarənin havaya qalxmasından qısa müddət sonra baş verib.Təyyarəyə baxış keçirildikdən sonra onun ciddi ziyan görmədiyi məlum olub. Bir müddət sonra təyyarə Aktauya yola düşüb.
Qeyd edək ki, bu ilin əvvəlindən Almatı hava limanında təyyarələrin yeddi dəfə quşlarla toqquşması qeydə alınıb.