Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 10,152 mln. ABŞ dolları məbləğində spirtli və spirtsiz içkilər ixrac edilib.
Qaziler.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) "Report"a verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,569 mln. dollar və yaxud 16,2% çoxdur.Hesabat dövründə spirtli və spirtsiz içkilərin ixracı ümumi ixracın 0,2%-ni təşkil edib.
2017-ci ilin ilk 6 ayı ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin dəyəri isə 29,413 mln. dollar olub. Bu 1 il əvvələ nisbətən 5.687 mln. dollar və yaxud 24% çoxdur.
Spirtli və spirtsiz içkilər ölkənin ümumi idxalında 0,9%-lik paya malik olub.