Türkiyənin Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub

Türkiyənin Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub backend

QAZILER.AZ saytı İnteraz televiziyasına istinadən xəbər verir ki, Türkiyənin Aksaray vilayətində Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub.


Milllət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ictimai birliyinin, Aksaray Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan gecədə Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı, Azərbaycanda tanınan siyasət insanı, Azərbaycalı kökənli Yılmaz Okuklu, millət vəkilləri, partiyaların rəsmiləri, QHT və KİV rəhbərləri və çoxlu sayda yerli sakin iştirak edib.

Minlərlə insan 30 min kvadrat metr ərazini əhatə edilən parkla tanış olublar. Zəngin və maraqlı guşələri olan tematik parkı gəzən qonaqlar “Xarı bübül” abidəsinə də baxıblar. Heykəltaraş Akif Əsgərov tərəfindən hazırlanan “Xarı bübül” abidəsində Xocalı soyqırımını, erməni işğalını və Qarabağı xatırladan müxtəlif elementlər də var.

Abidənin açılışından sonra “Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib. Gecədə Aksaray bələdiyyə başqanı Haluk Şahin, Azərbaycanın Millət vəkili Qənirə Paşayeva, Azərbaycanda çalışan Türkiyəli iş adamı Yılmaz Okuklu çıxış edərək Azərbaycan Türkiyə qardaşlığından, Qarabağ həqiqətlərindən danışıblar.





Diaspora