SOCAR neft hasilatını azaldıb

SOCAR neft hasilatını azaldıb backend

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2015-cü ilin ilk 3 ayında ölkənin ofşor və onşor yataqlarında 2,07 milyon ton neft hasil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (2,11 milyon ton) 1,8 faiz azdır. Bu barədə Trend SOCAR-a istinadən məlumat verir.

Şirkət 2014-cü ildə 8,32 milyon tondan çox, 2013-ci ildə isə 8,31 milyon ton neft hasil edib.

ARDNŞ-nin məlumatına görə, Azərbaycanda yanvar-mart aylarında ümumilikdə 10,68 milyon ton neft hasil olunub ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən (10,88 milyon ton) 1,85 faiz azdır.

Ümumilikdə 2014-cü ildə Azərbaycanda 42,4 milyon neft hasil edilib. 2013-ci ildə bu göstərici 43,5 milyon ton idi.
Diaspora