“Günəşli” yatağındakı 14 nömrəli stasionar dəniz özülündən 229 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu Sabunçu Lay Dəstəsinin IV horizontundan, 2018-2013 metr intervaldan gündəlik 160 000 kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.Quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.