Türkmənistanın paytaxtı Aşqabadda mərhum prezident Saparmurat Niyazovun abidəsi sökülüb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosu yayıb. Radio heykəlin niyə söküldüyü və haraya aparıldığı haqqında heç bir informasiya verilmədiyini bildirib.Qeyd edək ki, Niyazov 1985-ci ildən 2006-cı ilə qədər Türkmənistanı idarə edib.