Türkiyə Azərbaycandan qaz idxalını 3,5 dəfə artıra bilər

Türkiyə Azərbaycandan qaz idxalını 3,5 dəfə artıra bilər backend

Transanadolu boru kəməri (TANAP) ilə qaz nəqli 2026-cı ildə tam gücünə çatanda, Türkiyə Azərbaycandan qaz idxalını 3,5 dəfə artıra bilər. Trend-in məlumatına görə, bunu layihənin baş meneceri Saltuk Düzyol “Reuters” agentliyinə açıqlamasında deyib.

O, qeyd edib ki, TANAP-ın buraxılış qabiliyyəti 31 milyard kubmetrə çatanda, Türkiyə bu həcmin 21 milyard kubmetrə qədərini ala bilər: "Alış prosesi isə həm BOTAŞ, həm də Türkiyənin özəl şirkətləri tərəfindən həyata keçirilə bilər".

Qeyd edək ki, TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək qaz nəqlinin mərhələli şəkildə əvvəlcə 24 milyard kubmetrə, sonra isə 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
Diaspora