Bu barədə Türkiyə mediası xəbər yayıb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan “SOCAR-Turkey”in rəhbəri Kənan Yavuz SOCAR tərəfindən "Total" şirkətinin Türkiyədəki yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsini almaq istəməsi barədə məlumatlara aydınlıq gətirib.
“APA-Economics”in xəbərinə görə, K. Yavuz “BloombergHT” agentliyinə açıqlamasında yayılan məlumatı təkzib edib. O bildirib ki, SOCAR Türkiyə YDM bazarını tərk etmək istəyən “Total”ın YDM şəbəkəsini almaq niyyətində deyil və bununla bağlı tərəflər arasında heç bir danışıqlar aparılmayıb.SOCAR Türkiyədə yanacaqdoldurma məntəqələri alır

