İyulun 26-da Qazaxıstanın paytaxtı Astanada "EXPO-2017: Gələcəyin enerjisi" beynəlxalq sərgisi keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sərgi çərçivəsində "Energy, Life, Science" mövzusunda konfrans təşkil edəcək. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Konfransda AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev "Xəzər dənizində qaz hidratları", AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Nazik təbəqəli günəş elementləri" və AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Təbii katalizatorlardan istifadə etməklə bitki ehtiyatlarından biomotor yanacaqlarının və onlardan komponentlərin alınması" mövzusunda məruzə ilə çıxış edəcəklər.