Türkiyə və Yunanıstanda dağıdıcı zəlzələ-2 nəfər ölüb, 190 nəfər yaralanıb

Türkiyə və Yunanıstanda dağıdıcı zəlzələ-2 nəfər ölüb, 190 nəfər yaralanıb backend

İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

Qaziler.az "Report"-a istinadən xəbər verir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub.

Yunanıstanda binanın dağılması nəticəsində 2 nəfər ölüb, 120 nəfər insan xəsarət alıb. Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.

Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından isə 12 km aralıda dənizin 10 km dərinliyində qeydə alınıb.

Türkiyənin Muğla şəhərinin meri Osman Güronun sözlərinə görə, bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar. O, həmçinin bildirib ki, yeraltı təkanlar nəticəsində xəstəxana binasına ziyan dəyib və bu səbəbdən personal və xəstələr təxliyyə edilib.

Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb.
Diaspora