İyulun 20-də Saatlı rayonu ərazisində 4,4 bal gücündə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:22:35-də qeydə alınıb.Ocağı 54 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3-4 baladək hiss olunub.