Bu gün Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Bakıda "Əczaçılıq sektorunda ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi"nə həsr olunmuş ikitərəfli işgüzar görüş keçirilir.
Qaziler.az "Report"-a istinadən xəbər verir ki, görüş Koreyanın Azərbaycandakı səfirliyinin ticarət şöbəsinin təşkilatçılığı keçirilir.
Tədbirdə Koreyanın 8 istehsalçı şirkəti - "Intraros Co. Ltd.", "Keum Cheong Pharma Co. Ltd", "KKC Corporation" (Ilyang Pharm), "Tai Guk Pharm Co. Ltd.", "Dai Han Pharm Co. Ltd.", "Bc World Pharm Co. Ltd.", "Huons Global Co. Ltd." və "Aju Pharm Co. Ltd."-nin nümayəndələri, eləсə də yerli şirkətlərin əməkdaşları iştirak edirlər.