“Bu ölkələrdə orta aylıq əməkhaqqı Azərbaycandan 2-2.5 dəfə yüksəkdir” - İQDİSADÇI EKSPERT

“Bu ölkələrdə orta aylıq əməkhaqqı Azərbaycandan 2-2.5 dəfə yüksəkdir” - İQDİSADÇI EKSPERT backend

Xəbər verdiyimiz kimi Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

İqtisadçı ekspert Rövşən Ağayev məsələni öz facebook səhifəsində təhlil edərək rəy bildirib:

“Tarif Şurasının benzinin qiymətini 30%-dək artırması ilə bağlı qərarında təskinlik üçün yazılır: hətta bu qiymət artımından sonra A-92 markalı benzinin qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Problem benzinin qiymətində deyil - A-92 markalı benzinin qiyməti 1.2 manat da ola bilərdi. Əsas məsələ odur ki, bu ölkələrdə insanların yaşayış səviyyəsi, gəlir əldəetmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu?

Bir faktı deyim ki, rəsmi açıqlamada adı çəkilən 3 ölkədə - Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əməkhaqqı səviyyəsi orta hesabla Azərbaycandan 2-2.5 dəfə yüksəkdir.

Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80%-i rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33% təşkil edir.

Bu 3 ölkədə orta aylıq əmək haqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox A-92 markalı benzin almaq olur - ən vacib məqam bax budur.

Başqa bir problem də var - devalvasiyadan sonrakı mərhələdə ölkə iqtisadiyyatı ikirəqəmli inflyasiyadan can qurtara bilmir. Enerji daşıyıcılarının qiyməti artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək.

Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir...”

Qaziler.az
Diaspora