ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb

ÜST: Yəməndə aprel ayından bəri 1700 nəfər vəbadan ölüb backend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə bu il aprelin sonunda başlayan vəba epidemiyası nəticəsində indiyə qədər 1700 nəfərin öldüyünü qeydə alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin vəbaya qarşı mübarizə üzrə eksperti Dominik Leqro Cenevrədə keçirdiyi brifinqdə bildirib.

"Son məlumatlara görə, Yəməndə 330 mindən çox vəbaya yoluxma və 1700 ölüm halı qeydə alınıb", - ekspert vurğulayıb.
Diaspora