ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin (Jannet Yellen) Konqresdəki ikigünlük çıxışından sonra uçot dərəcəsinin bu ilin sonuna qədər artırılması ehtimalları demək olar dəyişməyib və 47,3% olub.
"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın ən böyük maliyyə törəmə bazarı şirkəti - "CME Group FEDWatch Tool"un hesabatında məlumat verilir.Hesabatda bildirilir ki, Yellenin çıxışından əvvəl bu ehtimal 47,5% olub. FED-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı isə hazırda 13,3% təşkil edir.
"Report"un analitik qrupu bildirir ki, bu gün ABŞ-da açıqlanacaq iyun ayı üzrə inflyasiya göstəricisi FED-in qərarları ilə bağlı ehtimallarda dəyişiklik yarada bilər. Əgər inflyasiya göstəricisi 0,2% və ya daha artıq olarsa, o zaman FED-in sentyabr iclasında uçot dərəcəsini artırma ehtimalı yüksələ bilər ki, bu da öz növbəsində dolların məzənnəsinin möhkəmlənməsinə gətirib çıxaracaq.