Transanadolu boru kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi normal templə həyata keçirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, SOCAR-ın layihə üzrə tərəfdaşları BOTAŞ və BP artıq öz payları çərçivəsində maliyyələşdirmə işlərinə başlayıblar.R.Abdullayev vurğulayıb ki, TANAP hətta qrafiki qabaqlamaqla reallaşdırılır: "2018-ci ilin ikinci yarısında Azərbaycan qazı Türkiyəyə nəql olunacaq”.