Azərbaycan FAO-nun sessiyasında iştirak edib

Azərbaycan FAO-nun sessiyasında iştirak edib backend

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 40-cı sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.


Qaziler.az "Report"-a istinadən bildirir ki, səfər çərçivəsində S.Talıbovun FAO-nun baş direktorunun müavini Daniel Qustafson ilə ikitərəfli görüşü keçirilib. Nazir müavini Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin önəmini vurğulayaraq FAO ilə gələcək əməkdaşlığı bu sənəddə nəzərdə tutulmuş fəaliyyətlər çərçivəsində davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra tərəflər arasında gələcək əməkdaşlıq perpektivləri və prioritet istiqamətlər üzrə icrası nəzərdə tutulan layihələr barəsində geniş fikir mübadiləsi aparılıb.
Diaspora