Sankt-Peterburq Azərbaycanla sənaye sektorunda əməkdaşlıq etmək niyyətindədir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, Sankt-Peterburq və Azərbaycan arasında sənaye sektorunda əməkdaşlığın inkişafı məqsədilə Sankt-Peterburq Sənaye Siyasəti və İnnovasiya Komitəsi tərəfindən ölkəmizlə əməkdaşlıq etmək istəyən maşınqayırma, əczaçılıq, kimya sənayesi, qida sənayesi, logistika, ticarət üzrə müəssisələrin siyahısı təqdim olunub. Həmin müəssisələr bunlardır: "Silovıye maşinı" ASC, "REP Xoldinq" QSC, "Zvezda-Energetika" ASC, "iz-KARTEKS imeni P.Q.Korobkova" ASC, "Plastpolimer" ASC, "FARMA VAM" QSC, "Xarms" MMC, "Farmasevtiçeskaya fabrika Sankt-Peterburqa" ASC, "Baltika-Trans" Şirkətlər Qrupu, "Eeet" ASC, "Proyektno-vnedrençeskiy sentr "Razvitie obrazovaniya i sotsialnoy sredı" QSC.