G20 gələn il Yaponiyada keçiriləcək

G20 gələn il Yaponiyada keçiriləcək backend

“Böyük İyirmilik” ölkələrinin liderləri 2019-cu il sammitinin Yaponiyada, 2020-ci il sammitinin isə Səudiyyə Ərəbistanında keçirilməsi barədə qərar qəbul ediblər.

Qaziler.az AzərTAC-a istinadən xəbər verir ki, müvafiq bənd yekun deklarasiyaya daxil ediləcək.

G20-yə Avropa İttifaqı ayrıca təşkilat kimi, Şimali Amerikadan Kanada, ABŞ və Meksika, Cənubi Amerikadan Braziliya və Argentina, Avropa və Yaxın Şərqdən Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı, Asiyadan Hindistan, İndoneziya, Çin, Cənubi Koreya və Yaponiya, Afrikadan Cənubi Afrika Respublikası, habelə Avstraliya daxildir. Sammitə Dünya Bankının, Dünya Ticarət Təşkilatının, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının rəhbərləri də dəvət olunurlar.

“Böyük iyirmilik” ölkələrinin payına planet əhalisinin 2/3 hissəsi, dünya ÜDM-nin 85 faizi və ticarətinin 80 faizi düşür.

Xatırladaq ki, G20 liderlərinin növbəti görüşü Buenos-Ayresdə baş tutmalıdır.
Diaspora