İyulun 14-də “Soyuz-2.1a” raketi kosmosa Rusiyanın 70 kiçikhəcmli peykini çıxaracaq.
Qaziler.az “İnterfaks”a istinadən xəbər verir ki, həmin peyklərin əksəriyyətinin ölçüsü 10х10х10 santimetrdir.Bundan əvvəl Rusiya 2014-cü ildə “Dnepr” raketinin köməyi ilə eyni vaxtda kosmosa 40 peyk çıxarmışdı. Bu sahədə dünya rekordu isə Hindistana məxsusdur. Həmin ölkə bir raketlə kosmosa 100-dən artıq peyk çıxara bilib.