ABŞ prezidenti Donald Tramp dünya ölkələrini Şimali Koreyaya qarşı sanksiyalara qoşulmağa çağırıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp Cənubi Koreyannın prezidenti Mun Çje İn ilə görüşdən sonra deyib ki: "ABŞ bütün dünya dövlətlərini sanksiyalara qoşulmağa çağırır".Tramp qeyd edib ki: "ABŞ həmişə öz tərəfdaşlarını və özünü qoruyacaq".