Bu gün Tiflisdə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi ilə əlaqədar növbəti görüş keçirilib.
QAZİLƏR.AZ APA-ya istinadən bildirir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədr müavini Zaman Novruzov, Azərbaycan dəmir yolunun aidiyyəti qurumlarının mütəxəssisləri, eləcə də, “Gürcüstan Dəmir Yolları” ASC-nin rəhbər şəxsləri iştirak ediblər.Görüşdə əsasən BTQ dəmir yolunun Azərbaycan və Gürcüstan hissəsində görülən işlər, əldə olunmuş nəticələr, eləcə də, digər texniki məsələlər müzakirə olunub. Layihə ilə bağlı bir sıra detallar da diqqət mərkəzində olub.
Görüş iştirakçıları BTQ dəmir yolunda yeni yaradılmış infrastruktur obyektlərinin tikintisinin aparıldığı ərazilərə səfər edəcək və xəttin istismara tam hazırlığını yoxlayacaqlar.